SİNXRON MÜŞAHİDƏLƏR

1) Müxtəlif obyektlər üzərində eyni vaxtlar müşahidənin aparılması; 2) Müxtəlif stansiyalarda eyni vaxtlarda müşahidənin yerinə yetirilməsi.
SİKLON
SİNOPTİK XƏRİTƏ, HAVA XƏRİTƏSİ
OBASTAN VİKİ
Radiometeoroloji müşahidələr
Radiometeoroloji müşahidələr−Azərbaycan Respublikasında atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin radiometeoroloji müşahidələri Ağstafa, Göygöl, Şamaxı və Şəki Radiometeoroloji Stansiyalarındakı avtomatlaşdırılmış idarəetmə sistemləri — "AİS-MRL"lər vasitəsilə 250 km radiusda aparılır. Azərbaycanda radiometeoroloji müşahidələr 1967-ci ildən Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində doluya qarşı mübarizə işlərinin aparılması üzrə Xankəndi Doluya Qarşı Mübarizə Dəstəsinin yaradılması ilə başlanılmışdır. 1968-ci ildə Şamaxı, 1972-ci ildə Göygöl, 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli, 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Ağdərə, 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan, 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyankənd Doluya Qarşı Mübarizə Dəstələri yaradılmış və radiometeoroloji müşahidələr bu dəstələrdəki radar qurğuları vasitələri ilə də aparılmışdır. İlk illərdə bu məqsədlə hərbi təyinatlı ("DON", "SON", "Qrom" və s.) radiolokatorlardan istifadə edilmişdir. 1970-ci ildən başlayaraq radiometeoroloji müşahidələrin aparılmasında sırf meteoroloji müşahidə təyinatlı bir dalğalı (3,2 sm) "MRL-1" və "MRL-2" tipli, 1977-ci ildən isə iki dalğalı (3,2 sm və 10 sm) "MRL-5" tipli meteoroloji radiolokatorlardan istifadə olunmağa başlanılmışdır. Azərbaycanda fəaliyyət göstərmiş 13 (on üç) Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəstələrin hamısı "MRL-5" tipli meteoroloji radiolokatorlarla təmin edilmiş və istehsalata tətbiq edilmişdi. Füzuli, Zəngilan, Ağdərə və Xankəndi Hərbiləşdirilmiş Dəstələrindəki meteoroloji radiolokatorlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır. Şaumyan Hərbiləşdirilmiş Dəstəsindəki "MRL-5" tipli meteoroloji radiolokator ermənilər tərəfindən bütünlüklə məhv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ildə Ağstafa və Şamaxı, 2011-ci ildə Göygöl, 2012-ci ildə Şəki Radiometeoroloji Stansiyalarındakı "MRL-5" tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, avtomatlaşdırılmış idarəetmə sistemləri ("AİS-MRL") quraşdırılaraq istifadəyə verilmişdir. Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu — meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində (animasiya) göstərilməsidir. Fərdi kompüterdə yerüstü hədəflərin fonunda, fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür.
Çoxillik müşahidələr
Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Daha sadə şəkildə deyə bilərik ki, yer səthində və aşağı 30–40 km hündürlükdə atmosferin fiziki vəziyyəti baxılan anda hava adlanır. Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir.
Sinxron mühərrik
Sinxron mühərrik — dəyişən cərəyanla işləyən elektrik mühərriklərinin növü. Stabil vəziyyətdə valın fırlanması cərəyanın qidalanma tezliyi ilə sinxron dəyişən cərəyan mühərriki hesab olunur. Fırlanma müddəti dəyişən cərəyanın tam siklinə bərabərdir. Sinxron mühərriklər maqnit sahəsi yaradan mühərrikin statorunda dəyişən cərəyan çoxfazalı elektromaqnitlərindən ibarətdir. Sinxron və Asinxron mühərriklər arasındakı fərq budur: statordan alınan elektrik enerjisi nəticəsində orada yerləşən maqnitlərdə qütblənmə yaranır və bu qütblənmə dönən hərəkət yaradır ki, bu hərəkət rotora verilir və beləcə rotor dönməyə başlayır. Sinxron ilə Asinxron mühərriklər arasındaki fərq burada ortaya çıxır. Yəni dönmə hərəkətinin sabit olmaması bunlar arasında əsas fərqdir. Yəni, qısaca asinxron mühərriklərdə stator “dövri” ilə rotor dövri arasında fərq var. Fırlanan hissə, maqnit sahəsinin dövründən fərqlənir. Ancaq sinxron mühərriklərdə bu yoxdur.
Sinxron tərcümə
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq mümkündür. Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə Azərbaycanda sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır.
Sinxron üzgüçülük
Sinxron üzgüçülük – su idman növüdür. Musiqi sədaları altında idmançılar müztəlif proqramlar göstərirlər. Fiqurlu konkisürmə yarışında olduğu kimi, sinxron üzgüçülükdə də idmançılar tək-tək və cütlükdə yarışırlar. Amma bu idman növündə komanda ilə yarışlar da mümkündür. Onlar həm suyun altında, həm də suyun üstündə müxtəlif hərəkətlər icra etməklə jürinin verəcəyi xallar uğrunda mübarizə aparırlar. Sinxron üzgüçülük Olimpiya Oyunları sırasına daxildir. Belə ki, sinxron üzmə üzrə mütləq proqram yarışları üçün Beynəlxalq üzgüçülük federasiyasının (FİNA) qaydalarına uyğun olaraq uzunluğu 10 və eni 3 metr olan 2 zona istifadə olunur. Hər bir zona uzunluğu 10 m olmaqla hovuzun divarlarının yaxınlığında və bortdan 1,5 m olmaqla yerləşməlidir. Bu zonalardan birinin dərinliyi — 3 m, digərinin dərinliyi isə 2,5 metrdir. Sinxron üzmə üzrə sərbəst proqram yarışları üçün isə minimal zonanın ölçüləri dərinliyi 2, 5 m az olmamaqla əsas hissənin ölçüsü 12×12 m olmaqla 12×25 m təşkil etməlidir.
Sinxron optik şəbəkə
Sinxron Optik Şəbəkə (ing. Synchronous Optical Networking; SONET) və ya Sinxron Rəqəmsal İyerarxiya (ing. Synchronous Digital Hierarchy; SDH) — lazerlər və ya işıqlı diodlardan (LED) yüksək uyğunluğa malik işıqdan istifadə edərək çoxsaylı rəqəmsal bit axınını sinxron şəkildə fiber-optik üzərində ötürən standartlaşdırılmış protokollar. Aşağı ötürmə sürətlərində məlumatlar elektrik interfeysi vasitəsilə də ötürülə bilər. Metod sinxronizasiya problemi olmadan eyni lif üzərindən böyük miqdarda telefon zəngləri və məlumat trafikinin daşınması üçün plezioxron rəqəmsal iyerarxiya (PDH) sistemini əvəz etmək üçün hazırlanmışdır. Mahiyyətcə eyni olan SONET və SDH əvvəlcə müxtəlif mənbələrdən kommutasiya rejimli rabitələri (məsələn, DS1, DS3) nəql etmək üçün nəzərdə tutulmuşdu, lakin onlar ilk növbədə real vaxt rejimində, sıxılmamış, kommutasiya kanallarıyla PCM formatında kodlanmış səsi dəstəkləmək üçün nəzərdə tutulmuşdur. SONET/SDH-dən əvvəl bunu icra etməkdə əsas çətinlik müxtəlif sxemlərin sinxronizasiya mənbələrinin fərqli olması idi. Bu o deməkdir ki, hər bir kommutasiya əslində bir az fərqli sürətlə və fərqli faza ilə işləyirdi. SONET/SDH bir çərçivə protokolu daxilində fərqli mənşəli çoxlu müxtəlif sxemlərin eyni vaxtda daşınmasına icazə vermişdi. SONET/SDH özlüyündə tam rabitə protokolu yox, nəqliyyat protokoludur (OSI Modeli mənasında "nəqliyya" deyil).
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası və ya AIIC (AIIC – fr. Association Internationale des Interprètes de Conférence) — 1953-cü ildə təsis edilmişdir. Assosiasiya 100-dən çox ölkədən olan 3000-dən çox üzvü təmsil edir. AIIC sinxron tərcüməçilərinin yeganə qlobal birliyidir. Assosiasiya yüksək keyfiyyətli tərcümə və peşəkarlığı təmin etmək məqsədi daşıyan, həmyaşıdların nəzərdən keçirilməsi sisteminə əsaslanan ciddi qəbul proseduruna malikdir. Namizədlər ən azı beş il AIIC üzvü olan tərcüməçilər tərəfindən maliyyələşdirilməlidir. AIIC üzvlərindən assosiasiyanın etik kodeksinə və onun peşəkar standartlarına riayət etmək tələb olunur. AIIC bir sıra beynəlxalq təşkilatlarla (məsələn, Aİ və Birləşmiş Millətlər Təşkilatı ) əlaqə qurur və qeyri-üzvlər də daxil olmaqla, onların bütün tərcüməçiləri üçün iş şəraiti ilə bağlı danışıqlar aparır. AIIC-in məqsədləri tərcüməçilər üçün məqbul iş şəraitini təmin etmək, peşəkar tərcüməni təmin etmək və tərcüməçi peşəsi haqqında ictimaiyyətin məlumatlılığını artırmaqdır. AIIC Əfqanıstan qoşunlarında xidmət etmiş tərcüməçilərin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün hökumətə təzyiq göstərmək məqsədilə Beynəlxalq Tərcüməçilər Federasiyası kimi qüvvələrlə birləşmişdir.
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr (jurnal)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr — Azərbaycanda İngilis dilində elmi jurnal — Seismoprognosis observations in the territory of Azerbaijan — elmi jurnal == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" ("Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri") elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir. Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — 12-16 iyun tarixlərində Bakı Su İdmanı Mərkəzində keçirildi. İdmançılar 4 dəst medal uğrunda mübarizə apardı. Yarışlarda 21 idmançı mübarizə apardı. Medal sıralanmasında Rusiya idmançıları 1-ci yeri tutdu. Rusiya idmançıları 4 qızıl medal qazandı. 2015 Avropa Oyunlarında sinxron üzgüçülük yarışları 12-16 iyun tarixlərində 6 000 nəfər tamaşaçı üçün nəzərdə tutulan Bakı Su İdmanı Mərkəzində keçirildi. İdmançılar 4 dəst medal uğrunda mübarizə apardı. 12 iyun tarixində duet və sinxron hərəkətlərdə yarışların təsnifat mərhələsi keçirildi. 13 iyun tarixində isə solo və sərbəst hərəkətlərdə təsnifat mərhələsi keçirildi. 14 iyun tarixində duet və sinxron hərəkətlərdə final mərhələsi keçirildi.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)